пятница, 4 июля 2014 г.

Dörd məzhəbə görə Ramazan orucu üçün niyyət etmək məsələsi

Bilirik ki, əməlin Allah tərəfindən qəbul olması üçün labüd olan şərtlərdən biri də, əməli etməmişdən öncə düzgün bir şəkildə niyyət etməkdir. Bunun dəlili Allah Rəsulunun sallallahu aleyhi və səlləm bu hədisidir: "Əməllər ancaq niyyətlərə görədir." Buxari və Muslim

Bu yazımızda, əhli-sünnətin üzərində ittifaq etdiyi dörd məzhəbin, Ramazan orucu üçün edilən niyyət barədə görüşlərini sizə təqdim edəcəyik.

четверг, 17 апреля 2014 г.

Qəriblər şeiri


   ...غرباء ...غرباء ...غرباء

Qəriblər... Qəriblər... Qəriblər...

غرباء ولغير الله لا نحنى الجباة

Qəriblər, Allahdan qeyri kimsəyə boyun əyməzlər

среда, 16 апреля 2014 г.

Ata və Oğul

Ata və Oğul 


Şeyx Xalid Rəşid (Allah onu əsarətdən qurtarsın!) dərslərinin birində özünün oğlu ilə arasında yaşanmış çox hüzünlü həyat hekayəsini danışır.


Zövcəm birinci uşağımızı dünyaya gətirəndə mənim hələ 30 yaşım yox idi. O gecə hələ də gözlərim önündədir... Bütün gecəni, adətim üzrə, dostlarımla küçədə keçirdim. Gərəksiz söhbətlərdən başqa bir şeydən ibarət deyildi. Yadımdadır, həmin gecə onları çox güldürmüşdüm. Hədsiz insanları yamsılamaq bacarığım vardı. Səsimi yamsıladığım şəxsin səsinə eyniylə bənzədirdim. Lağ-lağılarımdan heç kəs, hətta dostlarım belə əmin deyildi. Bəziləri dilimdən qurtulmaq üçün məndən uzaqlaşmağa yönəlirdilər. Həmin gecə, mağazanın qarşısında bir kor dilənçini necə ələ saldığımı xatırlayıram. Ayağım önünə qoyaraq yıxılmasına səbəb oldum. Aciz-aciz başını ətrafa çevirməyə başladı...